Главная > Hadisə > Göygöldə minik avtomobili dəmir arakəsməyə çırpılıb, bir nəfər ölüb
Göygöldə minik avtomobili dəmir arakəsməyə çırpılıb, bir nəfər ölüb20-04-2025, 23:50. Разместил: Rss Bot Apa |
|
Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində 1990-cı il təvəllüdlü R. İmanov hadisə yerində ölüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |