Главная > Hadisə > Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var - FOTO
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var - FOTO26-02-2025, 13:00. Разместил: Rss Bot Apa |
|
Naxçıvan şəhərində zəncirvari qəza olub. Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində baş verib. Yol kəsişməsində 75-BD-273 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil, 75-TA-498 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobil və 75-BE-462 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil toqquşub. Qəza zamanı Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü Eyvazova Nurəngiz Vilayət qizi xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Вернуться назад |