Главная > Hadisə > Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB
Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB11-01-2025, 16:50. Разместил: Rss Bot Apa |
|
Masallı rayonu Babaser kənd sakini 1995-ci il təvəlllüdlü Ağayeva Dünya Güləbala qızı 04.01.2025-ci il tarixdə dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diqanozu ilə Masallı RMX PHŞ-in reanimasiya şöbəsinə daxil olmuş, göstərilən tibbi yardımlara baxmayaraq D.Ağayeva 10.01.2025-ci il tarixdə saat 10 radələrində müalicə aldığı xəstəxanada ölüb. Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. *** 12.38 Yanvarın 4-də saat 00:20 radələrində 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-da saat 09:40-da ölüm faktı qeydə alınıb. Qeyd edək ki, mətbuatda qadının zəhərlənib ölməsilə bağlı məlumatlar yayılıb. Məryəm Surxay Вернуться назад |