Главная > Hadisə > Sumqayıtda özündən 12 yaş böyük ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub - YENİLƏNİB

Sumqayıtda özündən 12 yaş böyük ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub - YENİLƏNİB


16-12-2024, 10:00. Разместил: Rss Bot Report

Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

08:33

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

“Sizinxeber.az” un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.


Вернуться назад