Главная > Hadisə > Bakıda qadın qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB
Bakıda qadın qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB23-08-2025, 14:50. Разместил: Rss Bot Apa |
|
Paytaxtın Yasamal rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir. *** 11:02 Yasamalda qətl hadisəsi baş verib. Sizinxeber.az-nın məlumatına görə, avqustun 23-də saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |