Главная > Hadisə > Sabirabadda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb
Sabirabadda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb26-07-2025, 17:50. Разместил: Rss Bot Apa |
|
Sabirabad rayonunda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb. Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun boğulduğu kanala Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda tapılıb, bu gün saat 16:00 radələrində aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |