Sabirabadda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb
sizinxeber.az xəbər saytı

Sabirabadda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb


Sabirabad rayonunda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun boğulduğu kanala Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda tapılıb, bu gün saat 16:00 radələrində aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sabirabadda suda boğulan gəncin cəsədi tapılıb
Sabirabadda suda boğulan gəncin cəsədi tapılıb - FOTO
Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
Qəbələdə Nohur gölündə batan 40 yaşlı kişinin meyiti tapılıb
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən digərinin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər