Главная > Hadisə > Ağdərədə yanğının söndürülməsinə 620 nəfər şəxsi heyət, 51 texnika, 4 helikopter cəlb olunub - VİDEO
Ağdərədə yanğının söndürülməsinə 620 nəfər şəxsi heyət, 51 texnika, 4 helikopter cəlb olunub - VİDEO26-07-2025, 13:50. Разместил: Rss Bot Apa |
|
Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. Bu barədə Sizinxeber.az-ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub. "Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir", - məlumatda qeyd olunub. Вернуться назад |