Главная > Hadisə > Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var
Ucarda mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var17-07-2025, 20:50. Разместил: Rss Bot Apa |
|
Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, Ucar şəhər sakini, 1962-ci il təvəllüdlü Mübariz Bəşir oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Yevlax şəhər sakini, 1995-ci il təvəllüdlü Elnur Elburus oğlu Yusifzadənin sürdüyü “TIR” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini, Ucar şəhər sakini, 1993-cü il təvəllüdlü Ramazan Əlmusa oğlu İlyaszadə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |