Главная > Hadisə > Lənkəranda baş verən yanğında 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb
Lənkəranda baş verən yanğında 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb14-07-2025, 23:00. Разместил: Rss Bot Apa |
|
Lənkəran rayonunun İsti-Su qəsəbəsində yerləşən fermada baş vermiş yanğın nəticəsində ciddi tələfat qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, yanğın meşə zolağına yaxın ərazidə rayon sakininə məxsus fermada baş verib. Yanğın 2 min kvadratmetr ərazini əhatə edib. Nəticədə 5 baş iribuynuzlu heyvan tələf olub, 10 min ədəddən çox ot bağlaması yanıb. Qısa müddət ərzində yanğın lokallaşdırılıb, meşə zolağına və yaxınlıqda olan 5 ədəd kənd təsərrüfatı texnikasına keçməsinin qarşısı alınıb. Hazırda yanğının tam söndürülməsi və səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Вернуться назад |