Lənkəranda baş verən yanğında 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb
Lənkəran rayonunun İsti-Su qəsəbəsində yerləşən fermada baş vermiş yanğın nəticəsində ciddi tələfat qeydə alınıb.
APA-nın cənub bürosunun məlumatına görə, yanğın meşə zolağına yaxın ərazidə rayon sakininə məxsus fermada baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsinin 3, Masallı rayonundan 1 və Liman şəhərindən 1 yanğınsöndürən texnikası, ümumilikdə 25 nəfərlik şəxsi heyət cəlb olunub. Eyni zamanda, yanğının söndürülməsində 30-a yaxın kənd sakini də iştirak edib.
Yanğın 2 min kvadratmetr ərazini əhatə edib. Nəticədə 5 baş iribuynuzlu heyvan tələf olub, 10 min ədəddən çox ot bağlaması yanıb. Qısa müddət ərzində yanğın lokallaşdırılıb, meşə zolağına və yaxınlıqda olan 5 ədəd kənd təsərrüfatı texnikasına keçməsinin qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi və səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Oxşar xəbərlər
Salyanda fermada yanğında xeyli mal-qara tələf olub, 7 min ot bağlaması yanıb - VİDEO
Salyanda fermada yanğında xeyli mal-qara tələf olub, 7 min ot bağlaması yanıb - VİDEO - YENİLƏNİB
Salyanda fermada yanğında xeyli mal-qara tələf olub, 7 min ot bağlaması yanıb
Goranboyda fermada yanğın baş verib
Salyanda fermada yanğında xeyli mal-qara tələf olub, 7 min ot bağlaması yanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













