Главная > Hadisə > Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Mingəçevirdə iki kater toqquşub, xəsarət alanlar var - YENİLƏNİB5-07-2025, 17:50. Разместил: Rss Bot Apa |
|
Fövqəladə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır. *** 16.47 Mingəçevirdə iki kater toqquşub. Sizinxeber.az-nın yerli müxbiri xəbər verir ki, hadisə Mingəçevir şəhərində Kür çayı hövzəsində baş verib. Toqquşma nəticəsində 5 nəfərin xəsarət aldığı deyilir. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Вернуться назад |