sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Cəlilabadda 8 yaşlı uşaq üzərinə hasar aşması nəticəsində ölüb - FOTO
Cəlilabad rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Alar kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü N.M həyətdə olarkən üzərinə daş hasar aşıb və uşaq dağıntıların altında qalıb.
Ağır xəsarətlər alan azyaşlı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının bildirdiyinə görə, sözügedən hasar uzun müddətdir qəzalı vəziyyətdə idi və yaxın günlərdə təmir olunacağı planlaşdırılırdı.
Məlumata əsasən, hadisə baş verən zaman uşağın atası da həyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib
Gəncədə 7 yaşlı uşaq xəstəxanada ölüb
Yevlaxda üzərinə hasar uçan 20 yaşlı qadın ölüb
Qusarda qadın üzərinə hasar aşması nəticəsində ölüb
Abşeronda Pakistan vətəndaşlarının üzərinə hasar aşıb, biri ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










