Bayram günlərində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb
sizinxeber.az xəbər saytı

Bayram günlərində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb


Bayram tətilinin ilk günlərində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd edilib.

Bildirilib ki, bayram tətilinin ilk günlərində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticələrə səbəb olan qəzalar qeydə alınmayıb: "Bununla belə, son iki gündə baş verən 12 yol-nəqliyyat hadisəsinin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması ilə bağlı olub və əsasən avtomagistrallarla yanaşı, turizm və istirahət bölgələrində qeydə alınıb.


Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, habelə turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir.


Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır. Bayram günlərinin xoş xatirələrlə yadda qalması üçün hər bir hərəkət iştirakçısını diqqətli və məsuliyyətli olmağa dəvət edirik", - deyə, müraciətdə qeyd olunub.

Oxşar xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib
DYP bayram günləri ilə bağlı sürücülərə çağırış edib
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib
Bu il 505 yol-nəqliyyat hadisəsi baş verib, 344 nəfər ölüb
Bu il 505 yol-nəqliyyat hadisəsi baş verib, 344 nəfər vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle