Azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirilir - VİDEO
sizinxeber.az xəbər saytı

Azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirilir - VİDEO


Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirləri davam etdirir.

Bu barədə Sizinxeber.az-ya DİN-dən bildirilib. Məlumata görə, işğaldan azad olunan ərazilərdə yaşayan, işləyən və buraya səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı sanitariya-gigiyena tələbləri izah edilir, maarifləndirici məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür: "Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Xüsusən də tütün məmulatlarını, zibili, tullantıları urnalardan kənara atmaq ictimai qınaq obyektidir və qanunla qadağandır. Bu kimi hallar inzibati məsuliyyət yaradır".

Oxşar xəbərlər

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir
Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir - FOTO
Şuşa və Xankəndidə sanitariya-gigeyina qaydaları ilə bağlı 46 nəfər barəsində tədbir görülüb - VİDEO
Xocalıda təmizlik qaydalarının təmin olunması istiqamətində tədbirlər görülüb
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər