Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - YENİLƏNİB
Goranboyda 10-cu sinif şagirdinin evlənmək məqsədi ilə qaçırılması ilə bağlı araşdırmaya başlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov Sizinxeber.az-nın yerli bürosuna bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
***
11.27
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb. Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Diləfruz Məmmədova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Faktla bağlı Goranboy rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsində araşdırma başlanıb.
Oxşar xəbərlər
Goranboyda 28 yaşlı qadın bıçaqlanıb
Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib - YENİLƏNİB
Xaçmazda 10-cu sinif şagirdi bıçaqlanıb
Goranboyda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Goranboyda qəzada xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













