Respublika Narkoloji Mərkəzinin rüşvətə görə həbs edilən direktoru və müavininin məhkəməsində ittiham elan olunub
sizinxeber.az xəbər saytı

Respublika Narkoloji Mərkəzinin rüşvətə görə həbs edilən direktoru və müavininin məhkəməsində ittiham elan olunub


Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə Səhiyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı bildirilib.

İlk olaraq Zamin Əliyevin vəkili müvəkkilinin həkim işlədiyi dövrdə təltifləri ilə bağlı məhkəməyə sənəd təqdim edib.

Sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib. Məlum olub ki, baş həkim və müavini hər xəstədən ayda 5 manat məcburi pul yığıb.

Elşən Mustafayev özünü qismən təqsirli bildiyini deyib. Zamin Əliyev isə özünü tamamilə təqsirsiz bildiyini açıqlayıb.
Məhkəmə prosesi oktyabrın 8-nə kimi təxirə salınıb

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Prodüser Təranə Səmədova kassasiya şikayəti verib
“Məşədi Dadaş məscidinin imamına kim sui-qəsd edib?" - Həbs olunan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər