sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Polis Xaçmazda silsilə əməliyyatlar keçirib, 379 kiloqram çətənə kolu aşkarlanıb
Xaçmazda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, əməliyyatlarla rayon sakinləri Faiq Cəmilov, Fərid İsayev və Emin Vəlibəyov saxlanılıblar.
Onlardan kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 379 kiloqram çəkidə 355 ədəd çətənə kolu aşkarlanıb.
Həmçinin, keçirilən tədbirlərlə rayon sakini Ravid Ağakişiyev saxlanılıb. Ondan 2 ədəd tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Polis Xaçmazda silsilə əməliyyatlar keçirib, 379 kiloqram çətənə kolu aşkarlanıb
Şəkidə silah və narkotik vasitələr satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb
Siyəzəndə 41 ədəd çətənə kolu aşkarlanıb - FOTO
Siyəzəndə 41 ədəd çətənə kolu aşkarlanıb - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













