Azərbaycanda müəllim əri tərəfindən zorakılığa məruz qalıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycanda müəllim əri tərəfindən zorakılığa məruz qalıb - YENİLƏNİB




Daxili İşlər Nazirliyi müəllimin zorakılığa məruz qalması iddiası ilə bağlı məlumat yayıb.

Məlumata görə, Sabirabad rayonunda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın bu barədə polisə məlumat verib.

Qadının izahatı alınıb və polis əməkdaşları tərəfindən onun sığınacağa yerləşdirilməsi təmin edilib.

Zərərçəkən şəxs xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün ekspertizaya göndərilib. Hadisəyə hüquqi qiymətin verilməsi və qadına zorakılıq etdiyi iddia olunan həyat yoldaşının ifadəsinin alınması, eləcə də digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

***09:13

"Ali təhsilli xanım təəssüf ki, şiddətli zorakılığa məruz qalıb".

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, hazırda sığınacaqda olan xanıma psixoloji yardım göstərilir:

"Vəkilimiz onun hüquqlarını qoruyacaq. Bütün bədəni bu vəziyyətdə olan xanımın ərinə qarşı tezliklə ciddi tədbirlərin görüləcəyinə inanırıq".

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ali təhsilli xanım əri tərəfindən zorakılığa məruz qalıb
Dələduzluğa məruz qalan qadının 38 min manatdan çox vəsaiti ələ keçirilib
Bakıda telefonunda qeyri-etik videolar tapılan şagirdlərlə bağlı niyə qərar verilmir? - VİDEO
Günel Səfərova: "Zorakılığı törədən şəxs qızın ona virtual aləmdə zorakılıq etdiyini deyib" - VİDEO
Anasının taksidə qoyub getdiyi uşaq körpələr evinə verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər