MN-in sabiq idarə rəisi həbs edilib - RƏSMİ
Müdafiə Nazirliyinin (MN) Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.
BAKU.WS xəbər verir ki, E.Məmmədov Hərbi Prokurorluqda davam edən cinayət işi çərcivəsində saxlanılıb.
Hərbi Prokurorluğun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev faktı təsdiqləyib.
O bildirib ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Məmmədov Elmar Heybətqulu oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib.

"Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - F.Əliyev deyib.
Qeyd edək ki, bir neçə gün qabaq nazirliyin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov da həbs edilib.
Oxşar xəbərlər
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müdafiə Nazirliyinin sabiq bölmə müdiri həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-in külli miqdarda mənimsəməyə yol verməkdə şübhəli bilinən daha bir vəzifəli şəxsi həbs edilib - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda sabiq xidmət rəisi həbs edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunun zabitini qətlə yetirən şəxs həbs edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












