Vətəndaşları Avropa ölkələrində işlə təmin etmək adıyla aldatmaqda şübhəli bilinən şirkət əməkdaşları tutulub
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən Ərşad Quluyev və Sevinc Aslanova saxlanılıblar.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla müəyyən edilib ki, bu şəxslər bir müddət əvvəl “Go Abroad” MMC adlı şirkət təsis edərək, müxtəlif vasitələr, o cümlədən sosial şəbəkələrdə xarici ölkələrdə yüksək məvacibli iş elanları verməyə başlayıb:
"Ərşad Quluyev və Sevinc Aslanova iş üçün onlara müraciət edən şəxsləri Almaniya, Hollandiya, İngiltərə və s. ölkələrdə iş, eləcə də viza ilə təmin edəcəklərinə dair yalan vədlər verərək 100-ə yaxın şəxsi dələduzluq yolu ilə aldadıblar. Zərərçəkənlərin hər birindən 1000-2000 manat aralığında müxtəlif məbləğlərdə pul vəsaitləri alınıb.
Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar".
Məlumatda qeyd edilib ki, Ərşad Quluyev barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbs, Sevinc Aslanova haqqında isə alternativ qətimkan tədbiri seçilib.
"Onlarla birlikdə dələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılmaları istiqamətində tədbirlər davam etdirilir. “Go Abroad” MMC və bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər" - deyə bildirilib.
Oxşar xəbərlər
Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zərdabda dələduzluqla vətəndaşların pullarını və iribuynuzlu heyvanlarını ələ keçirən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bir nəfərin 35 min manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən əcnəbi saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeronda evdən 130 min dollar oğurlamaqda şübhəli bilinən Çin vətəndaşları saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












