Restoranda Vətən müharibəsi iştirakçısının qətlinə görə tutulan şəxslərin məhkəmə istintaqı yekunlaşıb
sizinxeber.az xəbər saytı

Restoranda Vətən müharibəsi iştirakçısının qətlinə görə tutulan şəxslərin məhkəmə istintaqı yekunlaşıb


Bakıda restoranda hərbçini qətlə yetirməkdə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanovun məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Daha sonra dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Proses avqustun 21-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il martın 16-da metronun 20 Yanvar stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Qətlə yetirilən DSX-nin baş giziri Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi açılıb.

Oxşar xəbərlər

Bakıda mahnı sifarişi və söyüş üstündə DSX-nin baş gizirini öldürməkdə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahnı sifarişi üstündə DSX-nin baş gizirini öldürənlərin məhkəməsində zərərçəkmiş ifadə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mənzilə qumbara qoyaraq soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov son söz deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər