Aytən Səfərovanın vəziyyəti açıqlanıb
sizinxeber.az xəbər saytı

Aytən Səfərovanın vəziyyəti açıqlanıb


Tanınmış aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Qeyd edək ki, Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib. Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağır qəzaya düşən Aytən Səfərovanın qabırğaları qırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda evə silahlı basqında yaralananların vəziyyəti AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər