Главная > Sağlamlıq > İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir20-01-2025, 13:30. Разместил: Rss Bot Report |
|
Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir. Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirib. Məlumata görə, iki gün bundan əvvəl vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb: "Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir". Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də isə vəziyyətinin ağırlaşması səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Вернуться назад |