Главная > Xarici siyasət > Azərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur

Azərbaycan Prezidenti ABŞ-yə səfərinin nəticələrindən məmnundur


9-08-2025, 02:00. Разместил: Rss Bot Report

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə işgüzar səfərinin yekunlarından məmnun olduğunu bildirib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində deyib.

Onun sözlərinə görə, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş çox səmimi, dostluq şəraitində keçib.

“Bu, mənim Prezident Trampla ilk görüşümdür və görüş çox səmimi atmosferdə keçdi. Onun Azərbaycanla bağlı bildikləri məni çox təəccübləndirdi”, - Prezident İlham Əliyev əlavə edib.

Prezident əlavə edib: “Mən ABŞ-yə səfərin nəticələrini yüksək qiymətləndirirəm. Prezident Trampın dəvəti ilə ABŞ-yə işgüzar səfər, şübhəsiz ki, Azərbaycan-Amerika münasibətləri üçün çox mühüm hadisədir”.

İlham Əliyev qeyd edib ki, Trampla görüşdə bir çox mühüm məsələləri müzakirə ediblər.


Вернуться назад