BMT TŞ-də Azərbaycanın mina problemi barədə danışılıb
Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında tam və dəqiq məlumatı paylaşmaqdan imtina edir.
"Sizinxeber.az"un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib.
Səfir bildirib ki, bununla da Ermənistan 30 il işğalda saxladığı bölgədə Azərbaycanın yenidənqurma səylərinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtması prosesini bilərəkdən gecikdirir:
"Münaqişə həm də Azərbaycanı dünyanın ən çox minalanmış çirklənmiş ölkələrindən birinə çevirdi, təxminən 1,5 milyon mina və naməlum sayda partlamış sursatlar bölgədə mülki əhali üçün ciddi risklər yaradır".
Diplomat qeyd edib ki, münaqişədən sonrakı dövürdə mina qurbanlarının sayını 360-a çatıb, onlardan 68-i həyatını itirib, 292-si isə ağır yaralanıb.
Oxşar xəbərlər
XİN: 2020-ci il müharibəsinin bitməsindən indiyədək mina qurbanlarının ümumi sayı 341 nəfərə çatıb
Yaşar Əliyev: BMT Baş katibi Azərbaycan-Ermənistan danışıqlarındakı irəliləyişi alqışlayır
Səfirlik: ABŞ bütün dünyada mina təhlükəsinin azaldılmasına sadiqdir
Ombudsmandan Xocavənddəki terror aktına reaksiya
XİN: Ermənistan müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












