Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır
sizinxeber.az xəbər saytı

Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır


Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və HAMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" hesabında məlumat paylaşılıb.

"Azərbaycan Qəzzada atəşkəs və girov razılaşmasının elanını alqışlayır.

Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əzablara son qoyulacaq.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

KİV: İsrail hər girov üçün 10 fələstinli məhbusun azad edilməsi təklifini araşdırır
İsrail Baş nazirinin ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib - YENİLƏNİB
Rəsmi Bakı İsrail və Livan arasında atəşkəsi alqışlayır
HAMAS: Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmanın yekun mərhələsinə nail olunub
KİV: ABŞ İsrail və Hizbullah arasında müvəqqəti atəşkəs planı hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle