sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
BMT Baş Assembleyasının prezidenti COP29 çərçivəsində Azərbaycana səfər edəcək
BMT Baş Assembleyasının 79-cu sessiyasının prezidenti, Kamerunun keçmiş Baş naziri Filemon Yanq Azərbaycana səfər edəcək.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında Baş Assambleya sədrinin kommunikasiyalar üzrə müşaviri Mariam Şaikh bildirib.
BMT rəsmisi əlavə edib ki, Baş Assambleyanın prezidenti Azərbaycanın sədrliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 konfransı çərçivəsində Bakıya səfər edəcək. O, Azərbaycan hökumətinin dəvətini qəbul edib və COP29-un açılışında iştirak edəcək.
Məsləhətçi əlavə edib ki, F.Yanq COP29 çərçivəsində Bakıda yüksək səviyyəli tədbirlər və müzakirələrə qatılacaq və bir sıra görüşlər keçirəcək.
Oxşar xəbərlər
BMT rəsmisi Quterreşin COP29-da iştirakını təsdiqləyib
BMT Baş katibinin birinci müavini Azərbaycana səfər edəcək
İtaliyanın Baş naziri COP29-da iştirak edəcək
Polşa Prezidenti Azərbaycana səfər edəcək
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













