Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqandanın sədrliyi ilə "Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi: Fələstin xalqı ilə həmrəylik" mövzusunda təşkil olunmuş Qoşulmama Hərəkatının Nazirlər iclasında iştirak edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib. İclasda Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisi kimi rolu vurğulanıb.
"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, habelə Hərəkatın səmərəliliyinin artırılması istiqamətində davamlı səyləri və təşəbbüsləri ilə yanaşı, Qoşulmama Hərəkatı Troykasının fəal üzvü kimi Hərəkatın rolunun və əhəmiyyətinin daha da artırılmasına sadiq qalır. Azərbaycan hesab edir ki, Fələstin məsələsinin bütün aspektlərdə ədalətli və davamlı həlli BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilənə qədər Hərəkatın gündəliyində prioritet olaraq qalmalıdır", - deyə paylaşımda qeyd edilib.
On the sidelines of high-level week of , , Minister of Foreign Affairs of attended and delivered remarks at NAM Ministerial Meeting organized by under the theme of “Protecting the civilians during armed conflicts: Solidarity with…
— MFA Azerbaijan (@AzerbaijanMFA)
Oxşar xəbərlər
Prezident: "Qoşulmama Hərəkatına sədrliyimizin uzadılması Hərəkat çərçivəsində fəaliyyətimizə verilən yüksək qiymətin göstəricisidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda qadın hüquqlarına dair bəyannamə qəbul olundu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pİ Baş katibi: Qoşulmama Hərəkatı Azərbaycanın təşkilata sədrliyi sayəsində güclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: "Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində ciddi təsisatlanma addımları atılıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












