İsveçrə səfiri və səfirliyin əməkdaşları Tehranı tərk edərək Azərbaycana gəliblər
İsveçrə İrandakı səfirliyinin fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə məlumatı İsveçrənin Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, bu qərar İranda hərbi əməliyyatların intensivliyi və hökm sürən qeyri-sabit vəziyyətlə əlaqədardır.
Nazirlikdən diplomatik nümayəndəliyin bütün əməkdaşlarının Tehrandan təxliyə edildiyini də bəyan edilib:
“Səfirliyin bütün əməkdaşları İrandan təxliyə edilib. Onlar yalnız vəziyyət sabitləşdiyi halda İran ərazisinə qayıdacaqlar. Biz tərəfləri vəziyyətin sabitləşdirilməsi məqsədilə dialoqa çağırırıq”.
İsveçrə xarici işlər naziri İqnasio Kassis isə bildirib ki, bəzi əməkdaşlar səfirlə birlikdə bir qədər əvvəl Tehranı tərk edərək Azərbaycana gəliblər: “Onların ardınca daha bir qrup da Bakıya təxliyə olunub. Bu şəxslərin yaxın vaxtlarda İsveçrəyə yola düşəcəyi gözlənilir”.
Oxşar xəbərlər
İran ABŞ-a görə İsveçrəyə etiraz notası verib
İsveç Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb
İsveç Polşaya “Gripen” qırıcıları göndərəcək
İsveçrə Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu bildirib
Azərbaycan səfiri İran XİN-də görüşlər keçirib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Ronaldo gümüş almaqdan imtina etdi
