sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rayonlara yağış, Şahdağa qar yağır
Azərbaycanda faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən xəbərə görə, martın 16-sı saat 15:00-a olan məlumatına əsasən Göygöl, Gəncə, Oğuz, Şəki, Qaxda yağış, Şahdağda qar yağır.
Martın 16-da Kürdəmir rayonunun Atakişilər kəndinə saat 03.20-03.25 radələrində diametri 0.5-0.8 mm, saat 12.30 radələrində isə Naxçıvanda 0.5 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 15, dağlıq rayonlarda 11 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcə şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Bəzi rayonlara qar və yağış yağır - FAKTİKİ HAVA
Bakı və bölgələrə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB-2
FAKTİKİ HAVA - Bu ərazilərdə 7 dərəcə şaxta var
Faktiki hava açıqlanıb
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












