Maykl Ceksonun əzizləri Bakıya gəliblər
"The Jacksons" musiqi qrupunun üzvləri Bakı şəhərində gəzintiyə çıxıb, paytaxtın tarixi məkanlarını ziyarət ediblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, onlar iki gün əvvəl start götürən "DREAM FEST 2024" Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycana gəliblər.
Xatırladaq ki, ABŞ-də populyar musiqi qrupu olan "The Jacksons" 1964-cü ildən 1990-cı ilə qədər aktiv fəaliyyət göstərib. Məşhur pop ulduzu Maykl Ceksonun qardaşları Ceki, Tito, Cermeyn və Marlonla birlikdə yaratdığı qrup daha çox R&B, soul, pop janrlarında ifa edib. "The Jacksons" 1970-ci illərin ən böyük pop-musiqi fenomenlərindən biri hesab olunur.
PhotoStock.az Bakının küçələrində qrup üzvlərini müşayiət edib və fotoreportaj hazırlayıb:
Oxşar xəbərlər
"Neftçi" legionerini göndərib
Bakıda gənc qız özünü səkkizinci mərtəbədən atdı
Bayden prezidentlik yarışından geri çəkilib
Co Bayden qərarını verdi
Ağadadaş Ağayev tanışını baltaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















