Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp çərşənbə günü telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların yumşaldılması və ya sərtləşdirilməsi məsələsini müzakirə etməyiblər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, sanksiya mövzusuna heç toxunulmadı", - o, bu gün jurnalistlərə bildirib.

Xatırladaq ki, Putin və Tramp arasında telefon danışığı iyunun 4-də baş tutub.