Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.

Mayın 31-dən iyunun 1-nə qədər Yaponiyanın Tokio şəhərində keçiriləcək fullkontakt kyokuşin karate üzrə birinci dünya çempionatında Azərbaycanın kyokuşin karate üzrə millisinin iki üzvü - Balaəmi Əhmədov (60 kq) və Əliqismət Həsənov (70 kq) iştirak edəcəklər.

Yarış nüfuzlu Tokio Ariake Arenada baş tutacaq.

Komandaya AKF-in kontakt üslublar üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə məsul şəxsi Allahverdi Rüstəmov rəhbərlik edəcək.

Qeyd edək ki, baş məşqçi Samir Məmmədov və beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yarışda Azərbaycanı təmsil edəcəklər.