Tanınmış kinorejissor Martin Skorseze mərhum Roma Papası Fransiskin də rol aldığı sənədli film üzərində işləyir.

“Report” xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

“Aldeas – Yeni tarix” adlı filmdə Skorsezenin panteonla söhbətlərinin, o cümlədən son müsahibəsinin videoyazıları yer alacaq.

Film Roma Papasının 2013-cü ildə gənclər arasında mədəniyyəti, o cümlədən kino vasitəsilə təbliğ etmək məqsədilə təsis etdiyi beynəlxalq qeyri-kommersiya təşkilatının işindən bəhs edir.

Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib, o, komaya düşməsinə və ürəyinin dayanmasına səbəb olan insult keçirib. Yeni Roma Papasının seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanacaq.