Hesablama Palatasının 2024-cü il üzrə Əməliyyat Planının icrası 90 % çox təşkil edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" rüblük bülleteninin “Aktual problemlər” rubrikasında bildirilir.

Strateji Planın monitorinq çərçivəsi üzrə icra göstəriciləri də 80 %-dən bir qədər çox olub. Bu nəticə strateji idarəetmə prosesində davamlılığın və səmərəliliyin təmin olunduğunu təsdiqləyir.

Hesablama Palatasının strateji plan üzrə hesabatvermə təcrübəsini beynəlxalq təşkilatlar, o cümlədən Ali Audit Qurumlarının Beynəlxalq Təşkitalı (INTOSAI) yüksək qiymətləndirib və digər ölkələrin ali audit orqanlarına tövsiyə edib.