Çin ABŞ-nin ticarət siyasətinə qarşı sona qədər müqavimət göstərmək niyyətində olduğunu bəyan edib.

“Sizinxeber.az” “Reuters”ə istinadən xəbər verir ki, ölkənin Ticarət Nazirliyi müvafiq bəyanatla çıxış edib.

"ABŞ tərəfindən Çinə qarşı rüsumların artırılması ilə bağlı təhdid səhvdir. Ölkənin şantajçı mahiyyətini bir daha nümayiş etdirir. Əgər ABŞ öz mövqeyində israr edərsə, Çin sona qədər mübarizə aparacaq", - nazirliyin məlumatında bildirilib.