Sabirabadda avtomobil at arabası ilə toqquşub, 3 nəfər xəsarət alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərinin girişində qeydə alınıb.

“Mercedes” markalı avtomobil hərəkətdə olan heyvanla yüklənmiş at arabasını vurub.

Nəticədə arabada olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.