Paris məhkəməsi Marin Le Pen və “Milli Birlik” partiyasından olan səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Le Pen prokurorluğun tələbini partiyasını məhv etmək cəhdi kimi qiymətləndirib.

Hökm onun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.

Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti mənimsəməkdə təqsirli bilinib.