Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rahmon Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası haqqında Müqavilə imzalayıblar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.
Sənəd ikitərəfli görüşün nəticələrinə əsasən imzalanıb. Beləliklə, prezidentlər Qırğızıstan-Tacikistan sərhədində "Kızıl-Bel" və "Kayraqaç" sərhəd-buraxılış məntəqələrinin işinin bərpasına start veriblər.