Fransa ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmasından sonra Kiyevə bu məlumatları təqdim etməkdə davam edir.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornyu “France Inter” radiosuna müsahibəsində bildirib.

"Bizim kəşfiyyatımızın öz imkanları var. Malik olduğumuz məlumatları Ukrayna tərəfinə ötürürük", - o bildirib.