Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.