Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.

"Report" xəbər verir ki, milli üzvü U-17 yaş qrupunda yarımfinala yüksəlsə də, dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı ilə uduzaraq üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Onur Quluzadə ilə Yağmur Məmmədli sabah U-15 yaş qrupunun qarışıq-qoşa kateqoriyasında final görüşunə çıxacaq.

Nevşehirdə keçirilən yarışa fevralın 15-də yekun vurulacaq.