Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şara Türkiyəyə səfərə yola düşüb.

Sizinxeber.az xəbər verir ki, Ankaraya səfəri Suriya dövlət agentliyi SANA Əl-Şaranın hava limanındakı görüntülərini “Qardaş Türkiyəyə səfər” başlığı ilə paylaşıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın Şaraanı qəbul edəcəyi gözlənilir.