Almaniyanın müdafiə naziri Boris Pistorius nazirliyin Ukraynaya yeni hərbi yardım paketi hazırladığını deyib.

APA xəbər verir ki, bu haqda o, “Der Tagesspiegel” qəzetinə açıqlamasında danışıb.

O həmçinin “Der Spiegel” qəzetinin kansler Olaf Şoltsun ona mane olması ilə bağlı xəbərləri də təkzib edib.

"Heç bir maneə yoxdur. Biz Müdafiə Nazirliyində Ukraynaya yeni yardım paketi hazırlamışıq", - deyə o bildirib.

Bundan başqa Pistorius Almaniya hökumətinin sadəcə olaraq təsdiqləmə prosesini hələ başa çatdırmadığını bildirib.