Salyan sakini dəm qazından boğularaq ölüb.

“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.