Sumqayıtda yanğın baş verib

Sizinxeber.az xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı binasının yaşayış olan zirzəmisində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan 1 ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

Hadisəyə səbəb cərəyən xəttinə taxılan adapterin partlamasının olduğu buldirilir.

Faktla bağlı araşdırma aparılır.