Yunanıstan İsraillə dəyəri 700 milyon avroya qədər olan 36 ədəd "PULS" raket və artilleriya sistemlərinin alınması imkanını müzakirə edir.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb .

Agentliyin məlumatına görə, sövdələşməyə Yunanıstanda komponentlərin istehsalı da daxildir.

Qeyd olunur ki, İsrailin “Elbit Systems” şirkəti tərəfindən hazırlanmış "PULS" sistemi 300 km-ə qədər uçuş məsafəsinə malikdir.