Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyat keçirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, İraqın şimalındakı "Pəncə-Kilid", həmçinin Qara və Metina bölgələrində keçirilən əməliyyat nəticəsində PKK terror təşkilatının səkkiz üzvü öldürülüb.