Bakıda 8 Noyabr prospektindəki velosiped zolağı da daxil olmaqla 80 kilometrlik mikromobillik şəbəkəsinin qurulması hədəflənir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə qurumun mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.

O bildirib ki, hazırda Bakıda 32 km velosiped yolu çəkilib.

“Müddət olaraq 80 km mikromobillik şəbəkəsinin qurulmasını növbəti ilin ortasına qədər başa çatdırmağı planlayırıq”, - deyə o qeyd edib.